Mura-Drava-Dunay
Mura-Drava-Dunay (UNESCO adlandırması: Bačko Podunavlje, serb-kiril. Бачко Подунавље) — Drava, Mura və Dunay çayları boyunca yerləşən UNESCO-nun transsərhəd biosfer qoruğu. Qoruğun ümumi sahəsi 631 460,71 hektardır (6 314 607 000 m²), bunun 395 860,71 hektarı (3 958 607 000 m²) Xorvatiya, 235 600 hektarı (2 356 000 000 m²) Macarıstan ərazisindədir.
Çaylardakı daşqına qarşı bəndlər qoruq ərazisini su basa bilən və daşqından qorunan olmaqla iki zonaya ayırır.
Bu qoruq Dunay hövzəsində bu günə qədər ən yaxşı qorunmuş bataqlıqlardan biridir.
2009-cu ildə Xorvatiya və Macarıstan Drava-Dunay bölgəsində birgə transsərhəd təbiət qoruğunun yaradılması haqqında ilkin ikitərəfli saziş imzalamışlar.
2011-ci ilin martında beş ölkənin (Avstriya, Sloveniya, Xorvatiya, Macarıstan və Serbiya) ekologiya nazirlikləri Mura-Drava-Dunay Transsərhəd Biosfer Qoruğunun yaradılması barədə razılığa gəlmişlər.
Qoruğun ümumi sahəsinin 700 km²-dan (270 kvadrat mil) çoxunu əsas zona (artıq qorunan ərazilər) və bufer zonalar, 7000 km²-ni isə (2700 kvadrat mil) keçid zonalar təşkil edəcək.
Qoruq ərazisinə aşağıdakı artıq mövcud olan qorunan ərazilərin birləşdirilməsi planlaşdırılır: Kopaçki Rit, Veliki Pajut, Mura-Drava (Xorvatiya), Dunay-Drava Milli Parkı (Macarıstan), Gornye Podunavle, Karacorcevo, Tikvara (Serbiya), həmçinin Avstriya, Sloveniya və Macarıstanda Natura 2000 şəbəkəsinə aid bir sıra ərazilər. Bu birləşmələrdən sonra qoruq bu, Avropanın ən böyük qorunan ərazilərindən birinə çevriləcək.